AQTA sədri Oğuzda vətəndaşları qəbul edəcək
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Oğuz Olimpiya İdman Kompleksində mayın 15-i saat 10:00-da Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Qəbələ rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.
Bu barədə "Report"a agentlikdən məlumat verilib.
Bildirilib ki, vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq mayın 14-dək qəbula yazıla bilərlər.
Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə yanaşı, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşlar da müraciət edə bilərlər.
Oxşar xəbərlər
AQTA sədri Ağstafada vətəndaşları qəbul edəcək
AQTA sədri Ağsuda vətəndaşları qəbul edəcək
Anar Əliyev Ağdaşda vətəndaşları qəbul edəcək
Sahil Babayev Hacıqabulda vətəndaşları qəbul edəcək
Anar Əliyev Ağstafada vətəndaşları qəbul edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













