Anar Əliyev Ağstafada vətəndaşları qəbul edəcək
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev aprelin 25-də Ağstafa rayonunda Ağstafa və Qazax rayonlarının sakinlərini qəbul edəcək.
"Report" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar aprelin 16-18-də Nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcək.
Oxşar xəbərlər
Anar Əliyev Ağdaşda vətəndaşları qəbul edəcək
Sahil Babayev Hacıqabulda vətəndaşları qəbul edəcək
Sahil Babayev Qax rayonunda vətəndaşları qəbul edəcək
Sahil Babayev Qubada vətəndaşları qəbul edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
