AQTA sədri Ağstafada vətəndaşları qəbul edəcək
sizinxeber.az xəbər saytı

AQTA sədri Ağstafada vətəndaşları qəbul edəcək


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli fevralın 21-i saat 14:00-da Ağstafa rayon Heydər Əliyev Mərkəzində Ağstafa, Qazax, Tovuz rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə "Report"a AQTA-dan məlumat verilib.

Bildirilib ki, vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq fevralın 20-dək qəbula yazıla bilərlər.

Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə yanaşı, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşlar da müraciət edə bilərlər.

Oxşar xəbərlər

Sahil Babayev Hacıqabulda vətəndaşları qəbul edəcək
Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edəcək
Energetika naziri Tərtərdə vətəndaşları qəbul edəcək
Energetika naziri Qobustanda vətəndaşları qəbul edəcək
AQTA sədri ictimai iaşə xidmətləri sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle