Dövlət Komitəsinin sədri Zaqatalada tələbənin evini ziyarət edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu tərəfindən həyata keçirilən "Qonağınız müəllimlərinizdir" layihəsi çərçivəsində Bakı İlahiyyat Kollecində təhsil alan tələbənin ailəsi Zaqatalada ziyarət edilib.
Bu barədə "Sizinxeber.az"a DQİDK-dən məlumat verilib.
Bildirilib ki, DQİDK sədri Ramin Məmmədov, Komitənin və tabeliyində fəaliyyət göstərən qurumların rəhbər heyəti aprelin 24-də Kollecin "Dini-mənəvi xidmət" ixtisasının I kurs tələbəsi Daniyat Şabanovanın ailəsinin qonağı olublar.
Komitə sədri bildirib ki, ölkədə mövcud olan tolerant mühitin, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində həyata keçirilən tədbirlər dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Ramin Məmmədov təhsil müəssisəsində tələbələr üçün yaradılmış elm-təhsil mühitindən bəhs edib. Komitə sədri qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kollecinin təsis edilməsində əsas məqsəd gənc nəslin milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər, savadlı kadrlar kimi yetişərək bu istiqamətdə cəmiyyətimizə xidmət etməsinə nail olmaqdır.
Tələbənin valideynləri göstərilən diqqət və qayğıya görə Komitə sədrinə minnətdarlıqlarını ifadə ediblər.
Daha sonra DQİDK sədri Ramin Məmmədov Zaqatala rayonu Paşan kənd məscidini ziyarət edib. Məscidin dini icmasının sədri Müsənnəf Şabanov dini ibadət ocağı haqqında məlumat verib.
Komitə sədri ölkədə mövcud olan birgəyaşayış ənənəsinin, tolerantlıq mühitinin qorunub saxlanılması istiqamətində din xadimlərinin, dini icma sədrlərinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. Ramin Məmmədov dini icma sədrinə övladı Daniyat Şabanovanın da gənc mütəxəssis kimi ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində səylə çalışacağına ümidvar olduğunu diqqətə çatdırıb.
Oxşar xəbərlər
Bakıda dini təhsilə həsr edilən beynəlxalq simpozium keçiriləcək
Ramin Məmmədov: Dinin mahiyyətinin olduğu kimi təbliğində din xadimlərinin üzərinə böyük məsuliyyət düşür
Sədr: İlahiyyat İnstitutunun əsas məqsədi dövlətçilik ənənələrinə sadiq, peşəkar mütəxəssislər yetişdirməkdir
Dini Komitənin sədri İğdır və Qarsa səfər edəcək
Komitə sədri: Dini tədris etmək elmi düşüncə və pedaqoji bacarıq tələb edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













