Bakıda Qlobal Cənub QHT Platformasının təsis konfransı keçiriləcək
Bakıda aprelin 28-də Qlobal Cənub QHT Platformasının təsis konfransı keçiriləcək.
"Sizinxeber.az" xəbər verir ki, bunu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva qurumun 4 illik fəaliyyətinə həsr olunan mətbuat konfransında deyib.
A.Əliyeva bildirib ki, bu il Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun Xankəndidə keçirilməsi nəzərdə tutulur, azad edilmiş ərazilərdə fəaliyyət gücləndiriləcək.
O həmçinin xatırladıb ki, Agentlik regional miqyaslı layihələrin də icrasına başlayıb:
"Bu ilin martında Bakıda İraq, Suriya və Türkiyədən olan türkman QHT-lərinin forumu təşkil olunub. Forum çərçivəsində Qarabağ və Şərqi Zəngəzura da səfər etmiş türkman vətəndaş cəmiyyəti təmsilçiləri Azərbaycandan yüksək təəssüratlarla ayrılıb. Türk dünyası ilə genişləndirilən fəaliyyətin davamı olaraq, qarşıdakı dövrdə Azərbaycan və Özbəkistan QHT-ləri üçün iki qardaş dövlətin ilk dəfə birgə qrant müsabiqəsinin elan olunması gözlənilir, bu istiqamətdə müvafiq iş aparılır".
Oxşar xəbərlər
Gələn ay 100-ə yaxın ölkənin QHT-ləri Bakıda toplaşacaq
Aygün Əliyeva: Türk dövlətlərində fəaliyyət göstərən QHT-lərlə bir sıra vacib layihələr həyata keçirmişik
Agentlik rəhbəri: Son müsabiqədə QHT-lərin təqdim etdikləri layihələrin sayında rekord qeydə alınıb
Qlobal Cənub QHT-ləri Bakıya toplaşır
Bu gün Bakıda "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













