Agentlik rəhbəri: Son müsabiqədə QHT-lərin təqdim etdikləri layihələrin sayında rekord qeydə alınıb
sizinxeber.az xəbər saytı

Agentlik rəhbəri: Son müsabiqədə QHT-lərin təqdim etdikləri layihələrin sayında rekord qeydə alınıb


Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyət göstərdiyi dövr ərzində keçirdiyi qrant müsabiqələri üzrə Azərbaycan QHT-lərindən daxil olmuş 3 min 965 layihə təklifinə baxılıb, onlardan 2 min 214-ü maliyyələşdirilib.

"Report" xəbər verir ki, bunu Agentliyin İcraçı direktoru Aygün Əliyeva qurumun 4 illik fəaliyyətinə həsr olunan mətbuat konfransında deyib.

O qeyd edib ki, ötən dörd il ərzində Agentliyin donorluğu ilə Azərbaycan QHT-ləri 36 ölkədə 80 dəfə beynəlxalq tədbirlərə qatılıb və konfranslar təşkil edib:

"Son dörd ildə Azərbaycan QHT-lərinin təşəbbüslərinin dəstəklənməsinə Agentlik tərəfindən ümumilikdə 22 milyon manata yaxın vəsait ayrılıb".

İcraçı direktor onu da qeyd edib ki, Agentlik Prezident İlham Əliyevin fərman və sərəncamlarında məsul olduğu tapşırıqların icrası səviyyəsinə görə, 2022-ci ildə 76%, 2023-cü ildə 87,5%, 2024-cü ildə isə 97,3%-lik nəticə göstərib.

Onun sözlərinə görə, Dövlət Proqramları və Milli Fəaliyyət Planları üzrə qurumun icrasına məsul olduğu tapşırıqların sayı 2022-ci illə müqayisədə 2024-cü ildə 4 dəfə artıb.

A.Əliyeva vurğulayıb ki, Agentliyin təşkil etdiyi son müsabiqədə QHT-lərin təqdim etdikləri layihələrin sayında rekord qeydə alınıb – ümumilikdə 915 QHT-nin müraciətinə baxılıb:

"2023-cü ildə Agentliyin yeni qrant müsabiqəsi qaydalarının müəyyən olunması və yeni elektron xidmətlərin tətbiqi bu sahədə dönüş yaradıb, layihələrin keyfiyyəti son iki ildə xeyli yüksəlib.

Qurum fəaliyyətində şəffaflığın, hesabatlılığın və səmərəliliyin artırılması, eyni zamanda QHT-lərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və bu xidmətlərin daha əlçatan olması məqsədilə 2023-cü ildən etibarən elektron xidmətlər portalını istifadəyə verib".

Oxşar xəbərlər

Bakıda Qlobal Cənub QHT Platformasının təsis konfransı keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
QHT-lərə Dövlət Dəstəyi Agentliyi maliyyələşdirdiyi layihələrin sayını açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
QHT-lərə Dövlət Dəstəyi Agentliyi xərclərini 13 %-ə yaxın azaldıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT-nin İnsan Hüquqları Şurasında Qərbi Azərbaycanla bağlı tədbir keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda üç ildə mina problemi ilə bağlı layihələrə 356 min manata yaxın maliyyə ayrılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər