Bakı-Supsa ixrac neft boru kəmərinin mühafizəsi ilə bağlı təlim keçirilib
sizinxeber.az xəbər saytı

Bakı-Supsa ixrac neft boru kəmərinin mühafizəsi ilə bağlı təlim keçirilib


Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) Ucar regional idarəsində komanda-qərargah təlimi təşkil edilib. 

"Report" xəbər verir ki, SOMDA Ucar regional idarəsində şərti silahlı hücum və partlayıcı təhlükəsi ssenarisi üzrə aidiyyəti qurumlarla birgə Bakı-Supsa ixrac neft boru kəmərinin Əlikənd nasos stansiyasında komanda-qərargah təlimi keçirilib.

Təlimin keçirilməsində məqsəd strateji obyektlərə yönəlmiş mümkün təhdidlərin qarşısının alınması, şəxsi heyətin döyüş və peşə hazırlığının artırılması, fövqəladə hallar zamanı qarşılıqlı fəaliyyət və idarəetmənin təşkilində təcrübənin gücləndirilməsi olub.

Təlim zamanı nasos stansiyasına şərti silahlı şəxslərin hücumu, ərazidə partlayıcı qurğuların aşkarlanması və zərərsizləşdirilməsi, təxribatçıların zərərsizləşdirilməsi və ilkin tibbi yardımın göstərilməsi üzrə əməliyyat tapşırıqları icra olunub. Təlimdə müxtəlif dövlət qurumlarının və aidiyyəti təşkilatların nümayəndələri iştirak ediblər.

Təlim uğurla başa çataraq qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Oxşar xəbərlər

FHN-in Aran Regional Mərkəzi gecə təlimi keçirib
Azərbaycan və Gürcüstandan keçən ixrac boru kəmərlərinin təhlükəsizliyi ilə bağlı görüş keçirilib
Azərbaycan-Türkiyə-Gürcüstan komanda-qərargah təlimi başlayıb
FHN-in Aran Regional Mərkəzi gecə təlimi keçirib - VİDEO
Naxçıvanda komanda-qərargah təlimi keçirilib - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle