Həsənriz sakini: Dövlətin burada bizə yaratdığı şərait ən yüksək səviyyədədir
Dövlət Həsənrizdə sakinlər üçün ən yüksək səviyyədə şərait yaradıb.
Bunu "Report"un Ağdərə rayonuna ezam olunan əməkdaşı ilə söhbətdə Həsənriz kənd sakini Çingiz Əliyev deyib.
Onun sözlərinə görə, kəndin işğalından sonra dünyaya gələn övladlarını hər zaman doğma yurda sevgi hissi ilə tərbiyə ediblər:
“Kəndimiz işğal olunarkən camaatımıza qarşı çox zülmlər edildi. Aradan illər keçsə də, o günlərin ağrı-acısı nəinki azalmadı, əksinə, bu yaralarımız daha da dərinləşdi.
Biz məcburi köçkün həyatı yaşadığımız illərdə dünyaya gələn övladlarımızı doğma yurda sevgi aşılayaraq böyütdük. Bu gün isə öz kəndimizə qayıtmağın sevincini yaşayırıq..
İndi Həsənrizi inkişaf etdirməklə yanaşı, o zaman burada başımıza gətirilən müsibətləri də gələcək nəsillərə çatdırmalıyıq. O tarixi unutmağa heç birimizin haqqı yoxdur”.
Oxşar xəbərlər
Suqovuşan sakini: Dağların qoynunda yerləşən bu kənddə bizim üçün hər bir şərait yaradılıb
Xocalı sakini: Gələcək nəsillər bu günün qürurunu uzun müddət yaşadacaqlar
Ağdərə sakini: Kəndimizin inkişafı üçün indidən üzərimdə məsuliyyət hiss edirəm
Ağdərə sakini: Tək ata-baba yurduma yox, həm də Həsənrizdə keçən uşaqlığıma qayıdıram
Suqovuşan sakini: Uzunmüddətli köçkün həyatından sonra artıq şəraitli evlərimizdə yaşayacağıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













