Ağdam sakini: Söz vermişdim ki, Sarıcalıya birdəfəlik qayıdacağam
Sarıcallıda ailə həyatı qurmuşdum, orada məskunlaşmışdım. Musiqiçiyəm, bir sıra tanınmış müğənnilərlə toy mərasimlərinə gedirdik.
“Report” xəbər verir ki, bunları Ağdam rayonunun Sarıcalı kəndinə qayıdan keçmiş məcburi köçkün Fikrət Bağırov jurnalistlərlə söhbətində deyib.
“Müharibə başladı. Ermənilər kəndimizi atəşə tutmağa başladılar. Qohumlarımın bir neçəsi xəsarət aldı, biri öldü”, - F.Bağırov bildirib.
O, çox çətinliklər çəkdiklərini xatırlayıb: “Sarıcalını tərk etməyə məcbur olduq. İndi sevincliyəm. Sarıcalıya həyat yoldaşım və oğlumla qayıdıram. Sevincimin həddi-hüdudu yoxdur. Allah Prezidentimizə uzun ömür bəxş etsin, qazilərimizə can sağlığı versin, şəhidlərimizə rəhmət eləsin.
Torpaqlarımız işğaldan azad olunduqdan sonra yurduma getməmişdim. Çünki özümə söz vermişdim ki, ora birdəfəlik gedəcəyəm və bir də geri qayıtmayacağam”.
Qeyd edək ki, Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb. Kəndə daha 39 ailə (153 nəfər) yola düşüb. Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Sarıcalıya köçürülən ailələrin ümumi sayı 76-ya (299 nəfər) çatıb.
Oxşar xəbərlər
Ağdam sakini: Yurdumu tək tərk etmişdim, həyat yoldaşım, övladlarımla qayıdıram
Sarıcalı sakini: Arzu edirəm bütün məcburi köçkünlər yurdlarına qayıtsınlar
Keçmiş məcburi köçkün: Əlacım olsaydı, Ağdamın hər yerini ayaqyalın gəzərdim
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
