Ağdam sakini: Yurdumu tək tərk etmişdim, həyat yoldaşım, övladlarımla qayıdıram
Ağdamı tək tərk etmişdim, indi həyat yoldaşım, iki övladım, gəlinimlə qayıdıram. Böyük oğlum həkimdir.
“Sizinxeber.az” xəbər verir ki, bunları jurnalistlərə Ağdam rayonunun Sarıcalı kənd sakini Dərya Cəfərova deyib.
“Çox sevincliyəm. Bu günə şükür olsun. Allah bu günü digər keçmiş məcbur köçkünlərə də nəsibt etsin. Onlar da tezliklə öz yurdlarına qayıtsın.
Prezidentimiz, qazilərimiz, şəhidlərimizin sayəsində yurdumuza qayıdırıq. Sevincimin həddi-hüdudu yoxdur.
Ermənilər Ağdamı viran etmişdilər. Amma indi ora çox gözəl bərpa edilib”, - o əlavə edib.
Qeyd edək ki, Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb. Kəndə daha 28 ailə qayıdıb. Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Sarıcalı kəndinə köçürülən ailələrin ümumi sayı 37-yə (146 nəfər) çatıb.
Oxşar xəbərlər
Keçmiş məcburi köçkün: Əlacım olsaydı, Ağdamın hər yerini ayaqyalın gəzərdim
Ağdamın Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
Şuşa sakini: 32 ildən sonra yurdumuza qayıtmağımıza sevinirik
Keçmiş məcburi köçkün: “Arzu edirəm, övladımı Füzulidə evləndirim”
Cəbrayıl sakini: “Bu sevinci bizə yaşadan Prezidentimizə, şəhidlərimizə, qazilərimizə borcluyuq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












