Keçmiş məcburi köçkün: Əlacım olsaydı, Ağdamın hər yerini ayaqyalın gəzərdim
Əlacım olsaydı, Ağdamın hər yerini ayaqyalın gəzərdim. Amma canım tab gətirmir.
“Report” xəbər verir ki, bunu jurnalistlərə Ağdam rayonunun Sarıcalı kənd sakini, 77 yaşlı Şəhla Əliyeva deyib.
O, bildirib ki, yurduna qayıdacağı günü səbirsizliklə gözləyib.
“Ağdamı tərk edəndə 46 yaşım vardı. Həyat yoldaşım dünyasını dəyişmişdi. Doğma yurdumu beş övladımla tərk etdim. Təki salamatlıq olsun. Allah gənclərimizi qorusun.
Ağdamın hər yeri doğmadır. Hər kənddə qohumum, yaxınım var. İndi Ağdama nəvə-nəticələrimlə qayıdıram”, - Ş.Əliyeva deyib.
Qeyd edək ki, Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb. Sarıcalı kəndinə daha 28 ailə qayıdıb. Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Sarıcalı kəndinə köçürülən ailələrin ümumi sayı 37-yə (146 nəfər) çatıb.
Oxşar xəbərlər
Ağdamın Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdamın Sarıcalı kəndinə növbəti köç yola salınır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Birinci mərhələdə Sarıcalı kəndinə 895 nəfərin köçürülməsi planlaşdırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Sarıcalı kəndinə səfərdən görüntülər paylaşılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Keçmiş məcburi köçkün: “Artıq həsrət başa çatıb” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












