ABŞ-nin tarifləri Azərbaycanın ixracını artıra bilər - RƏY
Təhlillər göstərir ki, Azərbaycan məhsullarına ABŞ bazarında rəqib olan ölkələrin bir çoxuna qarşı tətbiq olunan tariflər Azərbaycana tətbiq olunandan yüksəkdir.
Bunu “Report”a Donald Trampın Azərbaycandan ABŞ-yə idxal olunan məhsullara tarif tətbiq etməsi haqqında danışarkən Milli Məclisin deputatı Tahir Mirkişili deyib.
O qeyd edib ki, tariflər bütün ölkələrə və müxtəlif dərəcələrlə tətbiq olunduğundan onun ölkələrə təsiri də müxtəlif olacaq:
"Məsələn, Azərbaycan məhsullarına 10 faizlik tarif tətbiq olunsa da, Çindən idxal olunan analoji məhsullata 34 faiz, Avropa İttifaqından 20 faiz, Qazaxstandan 27 faiz tarif və s. tətbiq olunur. Bu o deməkdir ki, Azərbaycan məhsulları ABŞ bazarlarında digər rəqib ölkələrə nisbətən daha ucuz olacaq. Bu isə ABŞ-yə Azərbaycan qeyri-neft məhsulları ixracını artırmaq üçün yaxşı fürsətin yaranması deməkdir".
Oxşar xəbərlər
Tramp Azərbaycan məhsullarına da tarif tətbiq edib
ABŞ idxal olunan bütün məhsullara azı 10 faiz rüsum tətbiq edəcək
Kanada ABŞ-dən 155 milyard dollarlıq mallara 25% cavab rüsumları tətbiq edəcək
Çin bəzi ABŞ mallarına 15% cavab tarifləri tətbiq edib
Trampın rüsum fərmanına ilk reaksiya Meksikadan gəlib: Cavab rüsumları tətbiq ediləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














