“KANAL S”in yayımı 24 saatlıq dayandırılacaq
sizinxeber.az xəbər saytı

“KANAL S”in yayımı 24 saatlıq dayandırılacaq


Audiovizual Şura “KANAL S”in yayımının 24 saatlıq dayandırılması haqqında qərar qəbul edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Şuranın bu gün keçirilən onlayn iclasında adıçəkilən televiziya kanalında yayımlanan "özün bitdiyi an" proqramının martın 28-də saat 11:00-12:46 efirə getmiş buraxılışında aparıcının səsləndirdiyi fikirlərin qanunvericiliyin tələblərinə uyğunluğu müzakirə olunub.

İlk olaraq məsələ ilə bağlı monitorinq arayışı və müvafiq hüquqi rəy nəzərdən keçirilib. 

Müzakirələrdən sonra proqramda "Media haqqında" qanunun 14.1.4-cü maddəsinin tələblərinin (irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkilik təbliğ olunmamalıdır) pozulmasının baş verdiyi ilə bağlı ümumi nəticəyə gəlinib. Aparıcı tərəfindən səslənən fikirlərin etik davranış normalarından savayı, gender bərabərliyi, hər hansı bir ayrı-seçkiliyin təbliğinin yol verilməməsi ilə bağlı qanunvericilik tələblərinin kobud pozulması faktı olduğu bildirilib.

Pozuntu faktına görə qanunla müəyyən edilmiş ən uzunmüddətli yayımın dayadırılması sanksiyası tətbiq olunaraq "Kanal S" televiziya kanalının proqramlarının yayımının aprelin 4-ü səhər saat 06.00-dan aprelin 5-i saat 06.00-dək 24 saatlıq dayandırılması ilə bağlı müvafiq qərar qəbul olunub.

Həmçinin "Kanal S" MMC-nin rəhbərliyindən aparıcıların "Media haqqında" qanuna uyğun fəaliyyət göstərmələrinin təmin edilməsi tələb olunub.

Oxşar xəbərlər

Aparıcının atasız qızlara dair fikirlərinə görə “Kanal S”in yayımı 1 sutka dayandırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
“MTV”nin yayımı səkkiz saatlıq dayandırılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Speys TV-yə xəbərdarlıq edildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Audiovizual Şura pozuntular aşkarladı: Televiziya kanallarına xəbərdarlıq edildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Audiovizual Şura “Xəzər TV”yə xəbərdarlıq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle