Təqsirləndirilən şəxs: Qarabağa səfər edən Ermənistan vətəndaşlarının qeydiyyatı aparılmırdı
- 13-03-2025, 22:50
- Siyasət / Daxili siyasət
- 0
- 1 491
Martın 13-da Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan qondarma rejimdə yaşayan erməni sakinlərə Ermənistan pasportu verildiyini etiraf edib.
APA-nın xəbərinə görə, o bildirib ki, həmin pasportlara “Ermənistan Respublikası” yazılırdı: “Lakin orada harada yaşadığı ünvan göstərilirdi: Xankəndidirsə, Xankəndi, Ağdərədirsə, Ağdərə. Bu pasportlar imkan verirdi ki, insanlar Rusiyaya, Avropaya və digər yerlərə gedə bilsinlər. Ona görə də belə bir qərar qəbul olunmuşdu ki, pasportlar Ermənistanda alınsın. Ermənistan vətəndaşları və Qarabağda yaşayan erməni sakinlərinin istifadə etdikləri pasportlar xarici görünüşünə görə eyni idi. Fərq yalnız seriya nömrələrində idi. Qarabağda yaşayan erməni sakinlər üçün Ermənistan tərəfindən ayrıca seriya nömrəsi verilmişdi”.
Qarabağa səfər edən Ermənistan vətəndaşlarının qeydiyyatının aparılmadığını bildirən A.Qukasyan qeyd edib: “Ermənistan vətəndaşlarının Qarabağa gəldikdə və Qarabağda yaşayan erməni sakinlərinin Ermənistana getdikdə qeydiyyat aparılmırdı. Ermənistandan Qarabağa xarici vətəndaşlar gələndə və qayıdanda onların qeydiyyatı aparılırdı. Çox ölkələrdən gəlirdilər. Bir müddət bundan əvvəl “hakimiyyətdə olanlar” bu suallara cavab verə bilərlər. Çox insan - deputatlar, senatorlar, konqresmenlər və digərləri gəlirdilər”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi martın 14-də davam etdiriləcək.


alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />