Samir Nuriyev yeni vəzifəyə təyin olunmuş maliyyə nazirini kollektivə təqdim edib
Fevralın 7-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev yeni vəzifəyə təyin olunmuş maliyyə naziri Sahil Babayevi kollektivə təqdim edib.
APA xəbər verir ki, təqdimat mərasimində çıxış edən Samir Nuriyev müstəqil Azərbaycan Respublikasında müasir maliyyə sisteminin formalaşması və inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. 1990-cı illərin əvvəllərində Ulu Öndər yenidən hakimiyyətə qayıtdıqdan sonra bütün digər sahələrdə olduğu kimi, iqtisadiyyat və maliyyə sahəsində də sabitlik təmin edilib, həyata keçirilmiş ardıcıl və məqsədyönlü islahatlar nəticəsində dayanıqlı maliyyə sistemi yaradılıb.
Prezident Administrasiyasının rəhbəri deyib ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan böyük inkişaf yolu keçib, aparılan iqtisadi islahatlar, şəffaflığın təmin edilməsi, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində sürətli iqtisadi artıma və dövlət maliyyəsinin səmərəli idarə edilməsinə nail olunub.
Azərbaycan Respublikasında maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan kimi Maliyyə Nazirliyinin fəaliyyətinin daim Azərbaycan Prezidenti İlham Əliyevin nəzarətində olduğunu bildirən Samir Nuriyev qurumun qarşısında duran vəzifələrlə bağlı dövlət başçısının tapşırıqlarını diqqətə çatdırıb, həmin vəzifələrin icrası üçün bütün imkanların səfərbər olunacağına ümid etdiyini bildirib, bu işdə yeni təyin olunmuş maliyyə nazirinə və bütün kollektivə uğurlar arzulayıb.
Oxşar xəbərlər
Maliyyə naziri Sahil Babayev kollektivə təqdim edilib
Yeni vəzifəyə təyin edilən Samir Şərifovdan İLK AÇIQLAMA
"Bakı Metropoliteni"nin yeni sədri kollektivə təqdim edilib
Samir Nuriyev Tokio qubernatoru ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
