Şura sədri: Gənclərin ictimai-siyasi fəaliyyəti ilə bağlı yerli və beynəlxalq müstəviyə çıxaracağımız təşəbbüslər var
sizinxeber.az xəbər saytı

Şura sədri: Gənclərin ictimai-siyasi fəaliyyəti ilə bağlı yerli və beynəlxalq müstəviyə çıxaracağımız təşəbbüslər var


Gənclər təşkilatları Qərbi Azərbaycana qayıdış məsələlərində aktiv fəaliyyət göstərirlər.

“Report” xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədri Şahin İsmayılov “Qərbi Azərbaycana qayıdış” Gənclərin Toplantısından öncə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, müasir Azərbaycan gəncliyinin bu cür fəallığı təqdirəlayiqdir:

“Gənc nəslin bu cür aktiv fəaliyyəti qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıtması istiqamətində məqsədə çatmasına böyük fayda verəcək”.

Şura sədri cari ildə gənclərin ictimai-siyasi fəaliyyəti ilə bağlı həm yerli, həm də beynəlxalq müstəviyə çıxaracağı bir sıra təşəbbüslərinin də olduğunu söyləyib.

Oxşar xəbərlər

İcma sədri: Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışı gənclərdən asılıdır
Komitə sədri: Qərbi Azərbaycana qayıdışla bağlı ikinci beynəlxalq konqresə yüzdən çox qonaq dəvət olunub
Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılıb
Bakıda “Qərbi Azərbaycan mədəniyyəti” festivalı keçirilib
Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər