Ağdamda Xocalı şəhidi Məzahir Əbilovdan bəhs edən sənədli film nümayiş etdirilib - FOTO
sizinxeber.az xəbər saytı

Ağdamda Xocalı şəhidi Məzahir Əbilovdan bəhs edən sənədli film nümayiş etdirilib - FOTO


Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Muğam Mərkəzində Xocalı soyqırımı zamanı şəhid olmuş polis əməkdaşı Məzahir Əbilovun həyat və döyüş yoluna həsr edilən “Adsız qəhrəman” sənədli filminin təqdimatı keçirilib.

Sizinxeber.az-nın Qarabağ bürosunun xəbərinə görə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun hazırladığı filmin nümayişi ilə bağlı tədbirdə şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi yad olunub.

Çıxış edənlər Məzahir Əbilovun Xocalının müdafiəsində göstərdiyi fədakarlıqdan danışıb, ekran əsərlərinin qəhrəmanların xatirəsinin yaşadılması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər.

Qeyd edək ki, Məzahir Əbilov 1990-cı ildən Xocalıda polis əməkdaşı kimi xidmət edib və 1992-ci il fevralın 26-da Xocalı soyqırımı zamanı mülki əhalini xilas edərkən itkin düşüb.

Oxşar xəbərlər

"Tağıyev" sənədli filminin təqdimatı olub - FOTO
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirilib - FOTO
“Nizami: daxili aləm” adlı sənədli filmin təqdimatı olub - FOTO
“Nizami: daxili aləm” adlı sənədli filmin təqdimatı olub
Bakıda “Sədərəkdən Şuşaya” sənədli televiziya filminin təqdimatı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər