Azərbaycana gələn turistlər 5 ayda təxminən 1 milyard manat xərcləyib
Bu ilin yanvar-may aylarında Azərbaycana səfər etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxs ölkədə ümumilikdə 943 milyon 991,7 min manat xərcləyib.
"Report" rəsmi statistikaya istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 280 milyon 754,7 min manat və ya 22,9 % azdır.
Xərclərin strukturunda nəqliyyat xidmətləri ən böyük paya malik olub. Belə ki, turistlər 5 ay ərzində nəqliyyata 430 milyon 928,8 min manat vəsait sərf ediblər ki, bu da illik müqayisədə 24,3 % azalıb.
Hesabat dövründə yerləşmə xidmətlərinə çəkilən xərclər isə 32 % azalaraq 171 milyon 750,2 min manat təşkil edib.
Turistlər qidalanmaya 176 milyon 707 min manat xərcləyiblər ki, bu da bir il əvvələ nisbətən 20,1 % azdır.
Bununla yanaşı, mədəniyyət sahəsində çəkilən xərclər də 20 % azalaraq 5 milyon 489,4 min manat olub.
Yanvar-mayda turizm zərfinin alınmasına isə 437,5 min manat xərclənib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu xərclər 19,8 % azalıb.
Nəqliyyat vasitələrinin icarəsinə 1 milyon 466,5 min manat (- 3 %), idman və əyləncə xidmətlərinə 6 milyon 453,2 min manat (- 0,7 %), malların və hədiyyələrin alınmasına 115 milyon 066 min manat (- 4,9 %), digər istiqamətlərə isə 35 milyon 692,7 min manat (- 20,1 %) xərclənib.
Ölkələr üzrə bölgüyə gəlincə, ən çox xərci Rusiyadan gələn turistlər edib. Onların xərcləri il ərzində 8,9 % azalaraq 283 milyon 455,9 min manat təşkil edib.
Türkiyədən gələn turistlərin xərcləri 126 milyon 424,8 min manat olub ki, bu da illik müqayisədə 2 % azalıb. Hindistandan səfər edənlərin xərcləri isə 4 dəfə azalaraq 52 milyon 729,2 min manata düşüb.
Bu ilin yanvar-may aylarında Azərbaycana 186 ölkədən 871,7 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 11 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Məlumata görə, gələnlərin 27,2 %-i Rusiya, 22 % i Türkiyə, 8,4 %-i İran, 5 %-i Gürcüstan, 4,5 %-i Qazaxıstan, 3,2 %-i Özbəkistan, 2,9 %-i Hindistan, 2,7 %-i Pakistan, 2,3 %-i Çin, 2 %-i İsrail, 1,8 %-i Səudiyyə Ərəbistanı, 1,6 %-i Ukrayna, 1,4 %-i Türkmənistan, hər birindən 1,1 % olmaqla Almaniya və Böyük Britaniya, 12,8 %-i digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub, 69,6 %-ni kişilər, 30,4 %-ni qadınlar təşkil edib.
1 il əvvələ nisbətən Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 13,3 % artaraq 44,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3 % artaraq 336,5 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 31,6 % azalaraq 105,2 min nəfər, digər ölkələrdən gələnlərin sayı 16,2 % azalaraq 385,8 min nəfər olub.
Ölkəyə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 70 %-i hava, 28,5 %-i dəmir yolu və avtomobil, 1,5 %-i isə dəniz nəqliyyatından istifadə edib.
Oxşar xəbərlər
Azərbaycana gələn turistlərin xərcləri 281 milyon manata yaxın azalıb
Azərbaycanlı turistlərin idman və əyləncə xərcləri artıb, mədəniyyət xərcləri isə azalıb - ARAŞDIRMA
Azərbaycanda 4 ayda dövlət xəttilə 182 milyon manat ipoteka krediti verilib
Azərbaycandakı kredit ittifaqlarının zərəri kəskin azalıb
Azərbaycanın icmal büdcəsində 5 milyard manata yaxın profisit yaranıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
Saks: Orta Dəhliz İpək Yolunun müasir davamıdır
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
-
DÇ-2026-nın oyunu zamanı meydana azarkeş daxil olub
