sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Keçmiş məcburi köçkün: Cəbrayılın həsrətini çəkməkdən vaxtsız qocaldım
Cəbrayılın həsrətini çəkməkdən vaxtsız qocaldım.
“Sizinxeber.az” xəbər verir ki, bunu keçmiş məcburi köçkün Məhluqə Eyvazovа söyləyib.
“Cəbrayıl bizim doğma vətənimizdir. 32 il oranın həsrəti ilə yaşamışıq. İndi öz vətənimizə getdiyimizə görə sevinirik. Məmləkətimizi tərk edəndə oğlumuz balaca idi, 4-cü sinifdə oxuyurdu”, – o deyib.
Məmləkətinə qayıdan M. Eyvazova Cəbrayıl rayonundan həyat yoldaşı və dörd oğlu ilə birgə didərgin salındığını qeyd edib.
“Gözəl yaşayışımız var idi. Didərgin düşəndən sonra oranın həsrətini çəkməkdən vaxtsız qocaldım”, – Cəbrayıl sakini vurğulayıb.
Xatırladaq ki, yanvarın 18-də növbəti köç karvanı Cəbrayıl şəhərinə yola salınıb.
Oxşar xəbərlər
Şuşa sakini: “Çox sevinirik ki, artıq bizə məcburi köçkün deyilməyəcək”
Cəbrayıl şəhər sakini: İnanıram ki, rayonumuzun inkişafında bizim də rolumuz olacaq
Keçmiş məcburi köçkün : Təkcə uşaqları götürüb Cəbrayıldan çıxmışdıq, indi bir maşın əşya ilə geri qayıdırıq
Cəbrayıl sakini: "Ən böyük arzumuz bu gün çin olur"
Şuşa sakini: 32 ildən sonra yurdumuza qayıtmağımıza sevinirik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













