Bələdiyyə seçkilərində namizədlik üçün 16 min 708 nəfər müraciət edib
Bələdiyyə seçkilərində namizədlik üçün 16 min 708 nəfər müraciət edib, 15 min 729 nəfərin namizədliyi qeydə alınıb.
"Sizinxeber.az" xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında məlumat verib.
O qeyd edib ki, namizədlər 23 siyasi partiyanı təmsil edirlər:
"Bəzi namizədlər öz istəkləri ilə namizədliyi geri götürüblər. Ona görə hazırda 15 min 696 namizəd qalıb. Daha dəqiq desək, onlardan 33 nəfəri namizədliyini geri götürüb, bir nəfər vəfat edib".
Məzahir Pənahov əlavə edib ki, indiyə kimi ümumilikdə 4 min 528 müşahidəçi bələdiyyə seçkilərində müşahidəçilik üçün akkreditasiyadan keçib.
Qeyd edək ki, Azərbaycanda 2025-ci il yanvarın 29-da bələdiyyə seçkiləri keçiriləcək.
Oxşar xəbərlər
Bələdiyyə seçkilərində qeydə alınan namizədlərin sayı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bələdiyyə seçkilərində 263 nəfərin namizədliyi qeydə alınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Növbədənkənar parlament seçkilərində 481 nəfərin deputatlığa namizədliyi qeydə alınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bələdiyyə seçkilərində indiyə qədər 755 nəfərin namizədliyi qeydə alınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bələdiyyə seçkilərində indiyədək namizədliyi qeydə alınanların sayı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












