Nazir: Ekspertlərin verdiyi qərardan sonra təyyarə qəzasının səbəbi ilə bağlı açıqlama veriləcək
sizinxeber.az xəbər saytı

Nazir: Ekspertlərin verdiyi qərardan sonra təyyarə qəzasının səbəbi ilə bağlı açıqlama veriləcək


“Təyyarə qəzası ilə bağlı Qazaxıstan tərəfindən əməliyyat-istintaq qrupu yaradılıb. Eyni zamanda Azərbaycanın Baş Prokurorluğunun və Dövlət Mülki Aviasiya Agentliyinin mütəxəssisləri hadisə yerində işləyirlər”.

“Sizinxeber.az” xəbər verir ki, bunu Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

“Təbii ki, ekspertlərin verdiyi qərardan sonra təyyarə qəzasının səbəbi ilə bağlı açıqlama veriləcək”, - deyə Kəmaləddin Heydərov bildirib.

Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və fövqəladə nallar naziri Kəmaləddin Heydərov Qazaxıstanda qəzaya uğrayan təyyarədən sağ çıxan və yaralanan Azərbaycan vətəndaşlarına baş çəkiblər. Nazirlər Qazaxıstan xəstəxanalarında müalicə alan yaralıların səhhəti ilə maraqlanıblar.

Azərbaycan rəsmiləri sərnişinlərdən təyyarədə yaranmış fövqəladə vəziyyət və qəzanın səbəbləri ilə bağlı suallar soruşub, onların ifadələrini dinləyib.

Oxşar xəbərlər

Kəmaləddin Heydərov təyyarə qəzasında xəsarət alanların son vəziyyətini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fövqəladə hallar naziri: "Hadisənin səbəbləri barədə indi heç nə deyə bilmərik" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kəmaləddin Heydərovdan qəzaya uğrayan təyyarə ilə bağlı ilk AÇIQLAMA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın dövlət rəsmiləri Aktauda aviaqəzada yaralananlarla görüşüb - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstan baş nazirinin müavini təyyarə qəzasında yaralanan sərnişinlərə baş çəkib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər