“Tibbi sığorta haqqında” qanuna dəyişikliklər son oxunuşda təsdiqlənib
Milli Məclis “Tibbi sığorta haqqında” qanuna təklif olunan dəyişikliyi son oxunuşda təsdiqləyib.
“Sizinxeber.az”un məlumatına görə, parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılan layihəyə əsasən, aptek təşkilatları icbari tibbi sığortada iştirak etmək hüququna malik olacaqlar.
Qeyd olunub ki, icbari tibbi sığortada iştirak etmək niyyətini bildirən aptek təşkilatları ilə qanuna uyğun olaraq müqavilə bağlanılacaq.
Sığortaolunanlara aptek təşkilatları tərəfindən ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin buraxılmasına yalnız icbari tibbi sığorta üzrə məlumat bazasına (elektron informasiya ehtiyatına) ötürülmüş resept əsasında yol veriləcək.
Bundan başqa, qanuna təklif edilən daha bir dəyişikliklə sığorta hadisəsi baş verdikdə həkim sirrini təşkil edən məlumat vətəndaşın, yaxud onun qanuni nümayəndəsinin razılığı olmadan verilə biləcək. Bu, icbari tibbi sığortanın təmin edilməsi məqsədilə edilir.
Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
İcbari tibbi sığorta çərçivəsində apteklərdən dərmanların necə alınacağı müəyyənləşir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aptek təşkilatçıları tibbi sığortanın subyektləri sırasına daxil edilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ambulator müalicə dərmanlarının icbari tibbi sığorta təminatına alınması son oxunuşda təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ambulator müalicə dərmanlarının icbari tibbi sığorta təminatına alınması I oxunuşda təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İcbari tibbi sığorta çərçivəsində istifadəsinə təminat veriləcək dərmanlar xidmətlər zərfi ilə müəyyən ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












