Milli Məclisin sədri: Artıq COP29-da mühüm nəticələr əldə olunub
COP29-a hazırlıqlar üçün digər ölkələrlə müqayisədə daha az vaxt olmasına baxmayaraq Azərbaycan Sədrliyi bütün maraqlı tərəfləri cəlb etmək üçün çox böyük işlər görüb.
Sizinxeber.az xəbər verir ki, bunu COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşündə Milli Məclisin sədri Sahibə Qafarova deyib.
Spiker təəssüflə qeyd edib ki, bu hazırlıqlar zamanı ölkəmiz bəzi dövlətlər və media platformaları tərəfindən qərəzli və əsassız ittihamlarla, ikili standartlarla, dezinformasiya kampaniyaları ilə üzləşib: “Aydındır ki, bəziləri ümumi çağırışlar qarşısında dialoqun, əməkdaşlığın və həmrəyliyin gücünü unudurlar. Digər tərəfdən, onlar hələ də başa düşmürlər ki, kritik əhəmiyyətinə görə iqlim dəyişikliyi məsələsi onların dar maraqlarını və siyasi motivli ambisiyalarını nümayiş etdirmək üçün platforma ola bilməz.
Sahibə Qafarova diqqətə çatdırıb ki, bu xoşagəlməz hallara baxmayaraq, COP29 uğurla öz işinə başlayıb və bütün maraqlı tərəflərin cəlb edilməsi ilə öz işini davam etdirir: “Parlament Görüşümüz Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitindən və bir sıra digər mühüm tədbirlərdən və görüşlərdən sonra keçirilir. Fəaliyyət Gündəliyi və COP29 Sədrliyi tərəfindən irəli sürülən 14 təşəbbüs inklüziv prosesin nəticəsidir, hərtərəfli yanaşma nümayiş etdirir və qlobal iqlim fəaliyyətində hamını bir araya gətirir.
Davam edən müzakirələr nəticəsində artıq bəzi mühüm nəticələr əldə olunub”.
Oxşar xəbərlər
Spiker: Azərbaycan qətiyyət nümayiş etdirdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Özbəkistan Respublikasının Ali Məclisi Senatının sədri Azərbaycana səfərə gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisin sədri Tacikistanda işgüzar səfərdədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycana səfərə gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sahibə Qafarova İsveçrəyə işgüzar səfərə gedib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












