Azərbaycanda növbəti bələdiyyə seçkiləri noyabrın sonunadək elan ediləcək - EKSKLÜZİV
Azərbaycanda növbəti bələdiyyə seçkilərinin keçiriləcəyi tarix noyabrın sonunadək elan olunacaq.
Bu barədə “Report”a eksklüziv açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov bildirib.
MSK sədrinin müavini qeyd edib ki, Seçki Məcəlləsinin tələblərinə əsasən bələdiyyə seçkiləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edilir.
"Bununla əlaqədar müvafiq qərar səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc olunur. Kollegial orqan kimi Mərkəzi Seçki Komissiyasında aparılan müzakirələrdən sonra bələdiyyə seçkilərinin qanunvericiliyin tələblərinə uyğun qaydada bu il noyabrın sonunadək elan olunması qənaətinə gəlinib" - deyə, R.Qasımov bildirib.
Qeyd edək ki, digər seçkilərdən fərqli olaraq bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası elan edir. Bu seçkilər hər 5 ildən bir dekabrın 23-də keçirilir. Sonuncu bələdiyyə seçkiləri 2019-cu ildə keçirilib.
Oxşar xəbərlər
2024-cü ildə Azərbaycanda bələdiyyə seçkiləri keçirilməyəcək
MSK nümayəndə heyəti Moldovada seçkiləri müşahidə edəcək
“Bələdiyyələrin statusu haqqında” qanuna təklif olunan dəyişikliklər son oxunuşda təsdiqlənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq

