“Bələdiyyələrin statusu haqqında” qanuna təklif olunan dəyişikliklər son oxunuşda təsdiqlənib
sizinxeber.az xəbər saytı

“Bələdiyyələrin statusu haqqında” qanuna təklif olunan dəyişikliklər son oxunuşda təsdiqlənib


Azərbaycanda yeni seçiləcək bələdiyyənin tərkibinin ilk iclasının keçirilməsi və sədrin seçilməsi ilə bağlı yeni qaydalar üçüncü oxunuşda təsdiqlənib.

“Sizinxeber.az” xəbər verir ki, bununla bağlı “Bələdiyyələrin statusu haqqında” qanuna təklif olunan dəyişiklik parlamentin bugünkü plenar iclasda müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, yeni seçilən bələdiyyənin ilk iclası Mərkəzi Seçki Komissiyası tərəfindən bələdiyyə seçkilərinin yekunları elan edildikdən sonra 5 iş günü müddətində keçiriləcək.

Bələdiyyənin ilk iclasında bələdiyyənin sədri seçilənədək yaşı daha çox olan üzv iclasa sədrlik edəcək. İclasa sədrlik edən bələdiyyəyə üzv seçilmiş şəxslərin siyahısını elan edəcək, ilk iclası bələdiyyə sədri və iclas katibi seçilənədək aparacaq.

Bələdiyyənin sədri açıq və ya gizli səsvermə yolu ilə seçiləcək. Bələdiyyənin sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda seçilmiş hesab olunacaq. Bələdiyyənin ilk iclasında bələdiyyə sədri və iclas katibi seçildikdən sonra iclasın gündəliyi təsdiq ediləcək.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Oxşar xəbərlər

Milli Məclis bələdiyyələrin birləşməsi və ləğv edilməsi ilə bağlı layihəni qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda bələdiyyələrin sayı yarıdan çox azaldılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Birləşən bələdiyyələrin adlarının necə müəyyənləşəcəyi məlum olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda 1400 bələdiyyə birləşəcək, ölkədə 684 bələdiyyə olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər