MSK: Parlament seçkilərinin başlaması ilə əlaqədar seçki məntəqələri hazır vəziyyətə gətirilir
sizinxeber.az xəbər saytı

MSK: Parlament seçkilərinin başlaması ilə əlaqədar seçki məntəqələri hazır vəziyyətə gətirilir


Növbədənkənar parlament seçkilərinin başlaması ilə əlaqədar seçki məntəqələri hazır vəziyyətə gətirilir.

Bu barədə "Sizinxeber.az"a Mərkəzi Seçki Komissiyasından məlumat verilib.

Qeyd edilib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, respublika üzrə 125 seçki dairəsi üzrə ümumilikdə 6 min 478 seçki məntəqəsində son hazırlıq işləri həyata keçirilir.

Parlament seçkiləri üçün seçki məntəqələri saat 8:00-da açılır və səsvermə 19:00-a qədər davam edəcək.

Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır.

Qeyd edək ki, Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.

Oxşar xəbərlər

Bu gün Azərbaycanda səsvermə günüdür
Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək
Xaricdə yaşayan azərbaycanlılar növbədənkənar parlament seçkilərində səs vermək üçün ölkəyə gəlməlidirlər
Bu gün Milli Məclisə seçkilərlə əlaqədar “sükut günü”dür
Bu şənbə Azərbaycanda “sükut günü”dür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər