Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb.
Sizinxeber.az-nın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının saytına istinadən xəbərinə görə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3967 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.
Onlardan 3959 nəfəri birinci Qarabağ müharibəsində, 8 nəfər isə Vətən müharibəsi və sonrakı dövrdə itkin düşmüş şəxslərdir. Vətən müharibəsi və sonrakı dövrdə itkin düşmüş 8 nəfərdən 2-nin şəxsiyyəti eyniləşdirilib.
Hazırda Vətən müharibəsində itkin düşənlərin sayı 6 nəfərdir.
I Qarabağ müharibəsində itkin düşən 3959 nəfərdən 3193 nəfəri hərbçilər, 766 nəfər (69 uşaq, 283 qadın, 334 qoca) mülki şəxsdir. İtkin düşən şəxslərdən 3676 nəfər kişi, 283 nəfər isə qadındır.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 151 nəfər itkin şəhidin şəxsiyyəti müəyyən edilib.
Oxşar xəbərlər
Xocalı soyqırımı zamanı itkin düşənlərin sayı 196 nəfərə çatıb, 200-ü keçəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Komissiyası: Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 961 nəfər itkin düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naftalanda itkin düşən 34 yaşlı kişi tapılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Daha 7 itkin-şəhidin dəfn mərasimi keçiriləcək - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bir ay əvvəl itkin düşən şəxsin meyiti Kür çayında tapılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












