Milli Məclisə seçkilərdə "exit-poll" keçirmək üçün qeydə alınan təşkilatların sayı üçə çatıb
Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə “exit poll” keçirmək niyyətində olan qurumların müraciətlərinə baxılıb.
"Sizinxeber.az" xəbər verir ki, məsələ barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.
O bildirib ki, Sosialoji Tədqiqatlar Mərkəzi seçkilərdə “exit poll” keçirmək üçün MSK-ya müraciət edib:
“Təşkilat 75 seçki dairəsinin 750 seçki məntəqəsində exit poll” keçirmək üçün müraciət edib. Onların müraciətində və sənədlərində heç bir uyğunsuzluq, hüquq pozuntusu aşkarlanmayıb və hər iki quruma “exit poll” üçün şərait yaradılması qanunauyğun hesab edilib”.
Qərar səsverməyə çıxarılaraq qəbul edilib.
Xatırladaq ki, bundan öncə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "ORACLE ADVISORY GROUP" (Amerika Birləşmiş Ştatları) təşkilatı ilə, "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) ilə birlikdə seçkilərdə “exit poll” keçirmək üçün MSK-ya müraciət edib. Onların müraciətinə baxılaraq müsbət cavab verilib.
Qeyd edək ki, qanunvericiliyə əsasən Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlər səsvermə gününə ən azı 20 gün qalanadək qəbul edilir.
“Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda bu müddət 2024-cü il avqustun 12-dək nəzərdə tutulmuşdu.
Oxşar xəbərlər
Milli Məclisə seçkilərdə "exit-poll" keçirmək üçün iki təşkilat qeydə alınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Parlament seçkilərində exit-poll keçirmək üçün iki təşkilat qeydə alınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vlada Qalan: "Əvvəlki illərlə müqayisədə bu seçkilərdə iştirak daha yüksək idi" [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Exit-poll”: İlham Əliyev 93.9 faiz səslə liderdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Parlament seçkilərində “exit-poll” keçirmək üçün sənədlərin qəbul edilməsi üçün ayrılan müddət sabah başa çatır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












