Kamran Əliyev: Zəngəzur dəhlizinin açılması iqtisadi və siyasi inteqrasiyaya böyük töhfə verəcək
Yeni reallıqlar fonunda strateji əhəmiyyət daşıyan məsələlərdən biri Zəngəzur dəhlizinin açılmasıdır.
"Sizinxeber.az"un Laçına ezam olunan müxbiri xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Laçında keçirilən “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda beynəlxalq konfransda deyib.
O bildirib ki, bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsini təmin etməklə yanaşı, bütövlükdə regionun nəqliyyat xəritəsini dəyişəcək, iqtisadi və siyasi inteqrasiyaya böyük töhfə verəcək:
"Prezident İlham Əliyevin vurğuladığı kimi, Zəngəzur dəhlizi təkcə Azərbaycanın milli maraqlarını təmin etmir, eyni zamanda beynəlxalq əməkdaşlıq, ticari əlaqələr və qlobal təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir. Onun açılması suverenliyimizin praktiki gücünün, Azərbaycanın regiondakı lider mövqeyinin daha bir göstəricisi olacaq".
Oxşar xəbərlər
Kamran Əliyev: Azərbaycanın ilk Konstitusiyasının qəbulu Heydər Əliyevin adı ilə bağlıdır
Türkiyəli deputat: Zəngəzur dəhlizinin açılması regionun inkişafına xidmət edəcək
Baş prokuror: Vaşinqton görüşü regionda sülhün təmin olunması baxımından tarixi dönüş nöqtəsidir
Türkiyə Ali Məhkəməsinin prokuroru: Azərbaycanla bilik və təcrübə mübadiləsinə böyük əhəmiyyət veririk
Baş Prokurorluq Laçında beynəlxalq konfrans keçirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













