Nazirlik rəsmisi: Gəncə stadionunda işlərin 95 faizi yekunlaşdırılıb
sizinxeber.az xəbər saytı

Nazirlik rəsmisi: Gəncə stadionunda işlərin 95 faizi yekunlaşdırılıb


Gəncə stadionunda və onun ərazisində son tamamlama işləri icra edilir.

"Report"un Qərb bürosu xəbər verir ki, bunu Prezidentin izi ilə Gəncə şəhər stadionuna təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında Gənclər və İdman Nazirliyi Maddi-texniki təchizat şöbəsinin müdiri Elmir Mehdiyev deyib.

Onun sözlərinə görə, ötən ilin aprelində təməli qoyulan stadionun müasir üslubda həyata keçirilən inşası yekunlaşmaq üzrədir:

“Hal-hazırda stadionda və onun ərazisində son tamamlama işləri icra olunur. Nəzərdə tutulan işlərin 95 faizi artıq yekunlaşıb. Stadionun sahəsi əvvəl 8,7 hektar olsa da, indi onun ərazisi genişləndirilərək təqribən 12 hektara çatdırılıb. Bu da tamaşaçı və oyunçuların stadiona təhlükəsiz daxil olması və çıxışına şərait yaradacaq.

Həmçinin stadionda qida alma və bilet satışı məntəqələri də fəaliyyət göstərəcək. UEFA-nın 4-cü kateqoriyasına uyğun inşa edilən stadion Azərbaycanın ən modern idman arenalarından biri olacaq”.

Oxşar xəbərlər

Gəncə stadionunda son tamamlama işləri icra edilir
Şöbə müdiri: Gəncə şəhər stadionunda son tamamlama işləri gedir
Gəncə şəhər stadionuna mediatur təşkil edilib - FOTO
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar - YENİLƏNİB
Gəncə stadionu müasir standartlar əsasında yenidən inşa olunur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle