Şöbə müdiri: Gəncə şəhər stadionunda son tamamlama işləri gedir
Gəncə şəhər stadionunda işlərin 95 faizi görülüb. Hazırda son tamamlama işləri gedir.
Sizinxeber.az xəbər verir ki, bunu bu gün təşkil olunan media-turda Gənclər və İdman Nazirliyinin maddi texniki təchizat şöbəsinin müdiri Elmir Mehdiyev deyib.
Onun sözlərinə görə stadionda işlər sürətlə icra edilir: "Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Gəncə şəhər stadionunda aparılan tikinti işlərinin gedişi ilə tanış olublar. Stadion müasir standartlara uyğun inşa edilir. Stadionun ərazisi əvvəllər 8 hektar olub. Yenidənqurma işləri çərçivəsində stadionun ərazisi 12 hektara çatdırlıb”.
Elmir Mediyev qeyd edib ki, UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa edilən stadionun tamaşaçı tutumu layihə üzrə 15 min 343 yerlikdir: "Stadionda fiziki imkanları məhdud tamaşaçılar üçün müvafiq sayda oturacaqlar, media və VIP zonalar mövcud olacaq. Burada, həmçinin futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar və digər zəruri sahələr də müasir səviyyədə qurulur. Stadionun daxilində bilet satışı, müxtəlif ictimai iaşə obyektləri, avtodayanacaqlar və nəzarət-buraxılış məntəqələri yaradılacaq. Stadion UEFA tələblərinə uyğun işıqlandırma, səs, yayım, internet, havalandırma, təhlükəsizlik və digər zəruri sistemlər ilə təchiz olunub. İdman qurğusunun ərazisində də geniş abadlıq və yaşıllaşdırma işləri həyata keçirilir".
Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Gəncə şəhər stadionunda aparılan tikinti işlərinin gedişi ilə tanış olublar.
Oxşar xəbərlər
Gəncə stadionunda son tamamlama işləri icra edilir
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar - YENİLƏNİB
Gəncə şəhər stadionuna mediatur təşkil edilib - FOTO
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar
Ağdam şəhərində “İmarət” stadionunun təməli qoyulub - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehriban Əliyeva ümummilli liderin anım günü ilə əlaqədar paylaşım edib
-
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib
-
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
-
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"
-
Ümummilli lider Heydər Əliyevin anım günüdür












