FHN Novxanıda çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirici tədbir keçirib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi tərəfindən çimərliklərdə təhlükəsizlik qaydalarına dair maarifləndirmə xarakterli tədbirlər davam etdirilir.
"Sizinxeber.az" xəbər verir ki, Regional Mərkəz tərəfindən Abşeron rayonunun Novxanı kəndi ərazisində yerləşən çimərliklərdə istirahət edən vətəndaşlar arasında “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilib.
Tədbirinin keçirilməsində məqsəd əhaliyə çimərlikdə təhlükəsizilik qaydaları barədə biliklərin aşılanması olub.
Tədbirdə FHN Sumqayıt Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Novxanı” xilasetmə məntəqəsinin əməkdaşları iştirak ediblər.
Tədbirdə əməkdaşlar tərəfindən sularda təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilərək sözügedən qaydalara riayət edilməsinin vacibliyi vurğulanıb, qadağanedici nişanlara, sanitar-gigiyena qaydalarına əməl olunması və zərəçəkmişlərə ilkin yardımın göstərilməsinə dair söhbətlər aparılıb.
Vətəndaşlara suda hər hansı bədbəxt hadisənin baş verməsinin qarşısının vaxtında alınması üçün zəruri tədbirlər barədə tövsiyələr verilib.
Oxşar xəbərlər
FHN-in Sumqayıt Regional Mərkəzi çimərliklərdə maarifləndirmə tədbirlərini davam etdirir - FOTOLENT
FHN çimərliklərdə təhlükəsizlik qaydaları haqqında əhaliyə yenidən müraciət edib
FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı məktəblərdə tədbirlər keçirib
Dövlət Xidməti 75 çimərliyə nəzarət edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"APA Media Group"un 4 əməkdaşı MEDİA-nın müsabiqəsində qalib olub
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
