Prezident Gəncə Memorial Kompleksində tikinti işlərinin tamamlanmasına vəsait ayırıb
Prezident İlham Əliyev Gəncə Memorial Kompleksində tikinti-quraşdırma işlərinin tamamlanması və muzey ekspozisiyasının təşkili ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
"Report"un məlumatına görə, sənəd 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Gəncə şəhərində və digər yaşayış məntəqələrində həlak olan sakinlərin xatirəsinin əbədiləşdirilməsi və müharibə reallıqlarının əks etdirilməsi məqsədi daşıyır.
Sərəncam Gəncə şəhərində inşa olunan Gəncə Memorial Kompleksində tikinti-quraşdırma işlərinin tamamlanması və muzey ekspozisiyasının təşkili məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 10,5 milyon manat vəsait ayrılıb.
Oxşar xəbərlər
Mehriban Əliyeva Gəncə Memorial Kompleksinin layihəsi ilə tanış olub
Prezident Balakəndə sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi ilə bağlı 5 milyon manat ayırıb
Prezident İlham Əliyev Ağdam şəhərində 2-ci yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olub
Möminə xatun türbəsi bərpa olunacaq
Azərbaycanın ehtiyat fondlarından 9 ayda 124 milyon manat ayrılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













