Lyayen: Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşı olduğunu sübut edib
"Azərbaycan Avropa İttifaqı üçün etibarlı və güvənilən enerji tərəfdaşı olduğunu sübut edib".
APA-nın əməkdaşı xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib.
“Enerji əməkdaşlığı tərəfdaşlığımızın ən güclü sütunlarından biri olaraq qalır. Son illərdə Azərbaycan Avropa İttifaqı üçün etibarlı və güvənilən enerji tərəfdaşı olduğunu sübut edib. Biz unutmamışıq ki, Rusiya enerjidən silah kimi istifadə etdiyi və Avropa üçün qaz təchizatını dayandırdığı vaxt Azərbaycan dəstək göstərdi. Cənub Qaz Dəhlizi həqiqətən də Avropanın enerji təhlükəsizliyini gücləndirdi və bu, böyük uğur hekayəsidir. Buna görə sizə təşəkkür etmək istəyirəm. İndi isə biz növbəti mərhələyə hazırlaşırıq. Azərbaycan gələcəyin enerjisinə investisiya yatırır. Buna Xəzər dənizində dənizüstü külək enerjisinin inkişafı ilə bağlı planlarınız da daxildir. Sizin həm böyük ambisiyalarınız, həm də təmiz elektrik enerjisi üzrə regional mərkəzə çevrilmək üçün böyük potensialınız var. Bu isə Avropanın yaşıl keçid strategiyası ilə tam uyğunluq təşkil edir. Buna görə də bərpa olunan enerji, elektrik enerjisi bağlantıları və regional enerji şəbəkələri sahəsində əməkdaşlığımızın daha da dərinləşdirilməsi üçün çox böyük potensial görürük. Azərbaycanı Avropa İttifaqı ilə birləşdirəcək yaşıl enerji dəhlizinin yaradılması planlarını alqışlayırıq. Bərpa olunan enerji istehsalının artırılması ixrac üçün daha çox qazın sərbəst qalmasına və bununla da qonşu ölkələrlə paylaşılmaqla regional enerji təhlükəsizliyinin daha da möhkəmlənməsinə kömək edə bilər”, - Avropa Komissiyasının Prezidenti qeyd edib.
Oxşar xəbərlər
Ursula Fon der Lyayen: Azərbaycan Aİ üçün etibarlı tərəfdaş olduğunu sübut edib
Ursula Fon der Lyayen: Avropa İttifaqı bu regionun parlaq gələcəyinə inanır
Fon der Lyayen: Azərbaycan öz enerji sistemini Aİ ilə birləşdirəcək
Prezident İlham Əliyev Ursula fon der Lyayenə təbrik ünvanlayıb
Avropa İttifaqı Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal əlaqələrin inkişafı üçün 200 milyon avroya qədər qrant ayıracaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ronald Kuman Niderland millisinin baş məşqçisi vəzifəsindən istefa verib
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
