İcra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə ödəniləcək rüsumlar artırılıb
sizinxeber.az xəbər saytı

İcra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə ödəniləcək rüsumlar artırılıb


Ədliyyə orqanlarının xüsusi xəzinə hesabının yaradılması və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə ödəniləcək rüsumlar artırılıb.

“Sizinxeber.az” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “İcra məmurları haqqında”, “İcra haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlara dəyişiklikləri təsdiqləyib.

Belə ki, icra və probasiya xidmətləri icra məmurlarının həvəsləndirilməsi və sosial müdafiəsi məqsədilə ədliyyə orqanlarının xüsusi xəzinə hesabının vəsaitindən istifadə ediləcək.

Bundan başqa, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmurunun borcludan tutmalı olduğu pul məbləğinin miqdarı artırılıb. Belə ki, bu halda alınmalı olan icra ödənişinin məbləği 7 faizdən 10 faizə qaldırılır.

Eyni zamanda qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən 100 manat, borclu hüquqi şəxsdən isə 500 manat manat miqdarında icra ödənişi alınacaq.

Oxşar xəbərlər

Ədliyyə orqanlarının xüsusi xəzinə hesabı yaradılır
İcra sənədini könüllü icra etməyənlərdən alınan ödənişlər 10 dəfəyədək artırılır
Nazir müavini: Bu gün bir icra məmurunun ortalama iş yükü 2800-2900 icra sənədidir
Bu ilin 9 ayı ərzində Naxçıvanda aliment ödəməyən 66 nəfər həbs edilib
“Xüsusi icra məmurları haqqında” yeni qanun layihəsi sonuncu oxunuşda qəbul edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle