İcra sənədini könüllü icra etməyənlərdən alınan ödənişlər 10 dəfəyədək artırılır
- 20-05-2025, 12:00
- İqtisadiyyat / Sosial
- 0
- 1 027
İcra sənədini könüllü icra etməyən fiziki və hüquqi şəxslər barəsində tətbiq edilən icra ödənişləri 10 dəfəyədək artırılır.
Sizinxeber.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İcra haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 10 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edəcək. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən yüz manat, borclu hüquqi şəxsdən isə beş yüz manat miqdarında icra ödənişi alınacaq.
Qüvvədə olan qanuna əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır.
Qeyd edilib ki, praktika mövud məbləğlər borclunu icra sənədini vaxtında icra etməyə təşviq etmir. Sözügedən dəyişiklik icra sənədini müəyyən olunmuş vaxtda borclu tərəfindən könüllü icra etməyə stimullaşdırılmaqla icra sənədlərinin vaxtında icrasını təmin etmiş olacaq.


width="220" alt="Borcluların ölkədən getmək hüququ yeni qaydada məhdudlaşdırılacaq, SMS göndəriləcək" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
alt="EA Games ərəblərə inanılmaz qiymətə satıldı!">
alt="Qarabağa səfər üçün “mygov” üzərindən də icazələr veriləcək">
alt="Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini vəzifəsindən azad edilib">
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />
width="290" alt="Milli musiqimizin qorunması və gənclərə çatdırılması" />
width="290" alt="Azərbaycan Prezidenti yeni tarixi səhifəyə imza atdı - ŞƏRH" />
width="290" alt="Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyeva" />
width="290" alt="Mədəniyyət Səhnəsinin Arxa Üzü: Unudulmuş Sənətkarlar və Görülməyən İşlər" />