“Xüsusi icra məmurları haqqında” yeni qanun layihəsi sonuncu oxunuşda qəbul edilib
- 14-07-2025, 12:07
- Cəmiyyət
- 0
- 581
Milli Məclis “Xüsusi icra məmurları haqqında” yeni qanun layihəsini sonuncu oxunuşda qəbul edib.
“Sizinxəbər.Az” xəbər verir ki, yeni layihə parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qeyd olunub ki, layihəsi 6 fəsil, 38 maddədən ibarətdir.
Qanun xüsusi icra məmurlarının fəaliyyətinin təşkili və fəaliyyətinə nəzarətlə bağlı ictimai münasibətləri, xüsusi icra məmurlarının hüquqi statusunu tənzimləyəcək.
Xüsusi icra məmuru qanunda nəzərdə tutulmuş məhkəmələrin və qanunla icrası icra məmurlarına həvalə edilmiş digər orqanların sənədlərinin icrasını həyata keçirmək üçün xüsusi icra məmuru şəhadətnaməsi (bundan sonra şəhadətnamə) almış fiziki şəxs olacaq. Xüsusi icra məmuru məcburi icra orqanı statusuna malik olacaq, fəaliyyətini peşəkar əsaslarla həyata keçirəcək. Xüsusi icra məmuru dövlət hakimiyyətinin nümayəndəsi hesab edilmir. Xüsusi icra məmurunun fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunmur.
Xüsusi icra məmurunun icra icraatı çərçivəsində qəbul etdiyi qərarlar hüquqi qüvvəsinə görə dövlət icra məmurunun qəbul etdiyi qərarlara bərabərdir. İcra sənədlərinin icrası ilə əlaqədar xüsusi icra məmurunun qanuni tələbləri Azərbaycan Respublikasının ərazisində bütün dövlət və bələdiyyə orqanları, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Xüsusi icra məmuruna icra sənədlərinin icrası ilə əlaqədar tələb olunan məlumatlar, sənədlər və onların surətləri dövlət və bələdiyyə orqanları, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər tərəfindən tam və vaxtında verilməlidir.
Xüsusi icra sistemi Azərbaycanın inzibati ərazi vahidləri üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş mərhələlərdə tətbiq olunacaq.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.


width="220" alt="“Xüsusi icra məmurları haqqında” yeni qanun layihəsi I oxunuşda qəbul edilib" />
width="220" alt="MM Xüsusi İcra Məmurlarının Palatasının yaradılması təklifini I oxunuşda qəbul edib" />
width="220" alt="Xüsusi icra məmurlarının fəaliyyəti ilə bağlı dövlətin vəzifələri müəyyənləşir" />
width="220" alt="Xüsusi İcra Məmurlarının Palatası yaradılacaq" />
width="220" alt="Xüsusi icra məmurunun qəbul etdiyi qərarlar dövlət icra məmurunun qəbul etdiyi qərarlara bərabər olacaq" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
alt="EA Games ərəblərə inanılmaz qiymətə satıldı!">
alt="Qarabağa səfər üçün “mygov” üzərindən də icazələr veriləcək">
alt="Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini vəzifəsindən azad edilib">
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />
width="290" alt="Milli musiqimizin qorunması və gənclərə çatdırılması" />
width="290" alt="Azərbaycan Prezidenti yeni tarixi səhifəyə imza atdı - ŞƏRH" />
width="290" alt="Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyeva" />
width="290" alt="Mədəniyyət Səhnəsinin Arxa Üzü: Unudulmuş Sənətkarlar və Görülməyən İşlər" />