Mingəçevir və Zaqatalaya yeni prokurorlar təyin edilib
sizinxeber.az xəbər saytı

Mingəçevir və Zaqatalaya yeni prokurorlar təyin edilib


Mingəçevir və Zaqatalaya yeni prokuror təyin edilib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, baş ədliyyə müşaviri (polkovnik) Pərvin Quliyev Mingəçevir şəhərinə yeni prokuror təyin olunub. O, bundan əvvəl Bakı şəhər prokurorluğunda Daxili işlər orqanlarına nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb.

Baş Prokurorun digər əmri ilə Mingəçevirin sabiq prokuroru Baş ədliyyə müşaviri (polkovnik) Qabil Səfərov Zaqatalaya prokuror təyin olunub.

Oxşar xəbərlər

Hərbi prokurorun müavini işdən çıxarılıb, Sumqayıta yeni hərbi prokuror təyin edilib
Gəncə, Lənkəran və Qazaxa prokurorlar təyin olunub
Bakının üç rayonuna prokuror təyin edilib
Astaraya prokuror təyin olunub
Azərbaycanda hüquq-mühafizə strukturunda yüksək vəzifələr xanım əməkdaşlara həvalə edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle