Şəhid qardaşı: Valideynlərim onun qalıqlarının tapıldığını eşitsələr də, dəfn olunduğunu görmədilər
sizinxeber.az xəbər saytı

Şəhid qardaşı: Valideynlərim onun qalıqlarının tapıldığını eşitsələr də, dəfn olunduğunu görmədilər


İtkin düşmüş hesab olunan şəhidin qardaşı valideynlərinin onun dəfninə qədər yaşaya bilmədiklərini deyib.

Bu barədə “Report”un Kəlbəcərə ezam olunan əməkdaşı ilə söhbətdə iyulun 4-də şəhər qəbiristanlığında dəfn edilən Birinci Qarabağ müharibəsinin şəhidi Mehman Musayevin qardaşı Səməd Musayev danışıb.

S.Musayev qardaşının qalıqlarının tapılaraq dəfn olunmasını özləri üçün təskinlik kimi qiymətləndirib:

“Mehman Qarabağda döyüşlər başlayan gündən yerli özünümüdafiə batalyonuna yazıldı. O həmişə qələbənin bizim olacağını, düşmənin layiqli cavabını alacağını deyirdi. Ancaq qardaşım qələbə gününü görməsə də, canını vətən uğrunda fəda etdi.

Uzun illər qardaşımızın yolunu gözlədik, ondan bir xəbər almaq ümidi ilə yaşadıq. Valideynlərim Mehmanın qalıqlarının tapılması xəbərini eşitsələr də, onun dəfn olunduğunu görmədən dünyadan köçdülər. Qarışıq hisslər yaşayırıq. Onun artıq bir məzarının olması bizim üçün təskinlikdir”.

Oxşar xəbərlər

Şəhid qardaşı: Anam onun həsrəti ilə bu dünyadan köçdü
Şəhid qardaşı: Onun məzarının artıq harada olduğunu bilmək bizim üçün təsəllidir
Şəhid qardaşı: O hər zaman gözümüzdə 20 yaşında olduğu kimi qalacaq
Şəhid qardaşı: Onun tapılması üçün axtarışlara fasilə vermirdik
Şəhid qardaşı: Əsgər yoldaşları onun dəfn edildiyi ilkin yeri bizə bildirmişdilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər