Həsənriz sakini: Doğma kəndə qayıdacağımıza inamımızı heç vaxt itirmədik
sizinxeber.az xəbər saytı

Həsənriz sakini: Doğma kəndə qayıdacağımıza inamımızı heç vaxt itirmədik


Ağdərə rayonunun Həsənriz kənd sakini doğma yurda qayıdacaqlarına həmişə inandıqlarını deyib.

Bu barədə "Report"un Ağdərəyə ezam olunan əməkdaşı ilə söhbət zamanı rayonun Həsənriz kəndinə köçürülən sakin Almaz Həşimova danışıb.

O, illər sonra doğulub-böyüdüyü kəndə dönəcəyi üçün çox həyəcanlı olduğunu bildirib:

“Torpaqlarımız işğal altında olduğu dönəmdə yenidən doğma Həsənrizə qayıdacağımıza ümid və inamımızı heç vaxt itirmədik. Budur, artıq kəndimizə gedirik. Ötən illər ərzində kəndimizin mənzərəsini, saf-təmiz havasını unutmadım.

Əşyalarımızı axşamdan toplayaraq yola çıxacağımız saatı gözləyirdik. İndi çox həyəcanlıyam, Həsənrizə tez çatmaq üçün səbirsizlənirəm. İnanın, hər saat mənə bir il qədər uzun gəlir.

Vətən torpaqlarının azadlığı uğrunda canından keçərək bizlərə sevinc yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik, dövlətimizin daim qüdrətli, bayrağımızın hər zaman uca olması üçün dualar edirik”.

Oxşar xəbərlər

Ballıca sakini: Doğma kəndə qayıdacağımıza inamı heç vaxt itirmədik
Həsənriz sakini: Doğma kəndimizin yenidən qurulmasına çox sevinirik
Suqovuşan sakini: Uzunmüddətli köçkün həyatından sonra artıq şəraitli evlərimizdə yaşayacağıq
Həsənriz sakini: Şəhid qanlarının haqqını bu yerləri dirçəltməklə verməliyik
Ağdərə sakini: Tək ata-baba yurduma yox, həm də Həsənrizdə keçən uşaqlığıma qayıdıram

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər