Ballıca sakini: Doğma kəndə qayıdacağımıza inamı heç vaxt itirmədik
sizinxeber.az xəbər saytı

Ballıca sakini: Doğma kəndə qayıdacağımıza inamı heç vaxt itirmədik


Qarabağın işğaldan azad edilməsi ilə Ballıca sakinlərinin kəndə qayıtmaq arzuları gerçək oldu.

Bu fikirləri “Report”un Xocalıya ezam olunmuş əməkdaşı ilə söhbətdə Ballıca kənd sakini Zəfər Məmmədov deyib.

Onun sözlərinə görə, illər öncə Ballıcanı tərk etmiş əhalinin əsas istəyi kəndə qayıtmaq olub:

“Xocalını tərk edəndə 20 yaşım vardı. Məcburi köçkün olduğumuz dövrdə yaşayış yerimizi bir neçə dəfə dəyişmişdik. Əvvəl məskunlaşdığımız yerlərdə müəyyən çətinliklərimiz də olsa da, doğma yurda olan bağlılığımız bizi ayaqda saxladı.

Ən böyük istəyimiz yenidən doğma Qarabağımıza qayıtmaq idi, bunun baş verəcəyinə inamımızı heç vaxt itirmədik. Ali Baş Komandanın qətiyyəti, Ordumuzun gücü sayəsində Qarabağımız işğaldan azad olundu və biz arzumuza çatdıq”.

Oxşar xəbərlər

Xocalı sakini: Doğma yurda qayıtmaq qürurvericidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suqovuşan sakini: Uzunmüddətli köçkün həyatından sonra artıq şəraitli evlərimizdə yaşayacağıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ballıcaya qayıdan sakin: Yenidən qayğısız günlərimizi yaşayacağıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xocalı sakini: Məcburi köçkün düşdükdən sonra doğma yurdun həsrəti ilə yaşayırdıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cəbrayıl sakini: Doğma yerlərə qayıtmaq əvəzolunmaz hisslərdir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər