Rusiyalı məşhur radio aparıcısı Heydər Əliyevin məzarını ziyarət edib
Rusiyanın məşhur radio aparıcısı Mixail Labkovski dünən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib.
“Report” xəbər verir ki, o, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın və Azərbaycanın məşhur opera və estrada müğənnisi Müslüm Maqomayevin məzarı üzərinə gül dəstələri qoyub.
M.Labkovski ilə birlikdə jurnalist Həmid Həmidov və aparıcının Azərbaycandakı konsertinin təşkilatçıları da Fəxri xiyabana gəliblər.
Rusiyalı psixoloq, yazıçı, hüquqşünas, televiziya və radio aparıcısı Mixail Labkovski bu gün axşam Heydər Əliyev Sarayında çıxış edəcək. Çıxış "Məhəbbət və xoşbəxtlik haqqında böyük söhbət" layihəsi çərçivəsində "konsultasiya" formatında baş tutacaq.
Oxşar xəbərlər
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
İlham Əliyev və Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
“Azpetrol” şirkətinin rəhbərliyi Ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı məzarını ziyarət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Azərbaycanda pensiya kapitalı ilə bağlı mühüm MƏQAM: Birdəfəlik ödənilməsi mümkün ola bilərmi?
-
"Liverpul"un sabiq qapıçısı Adrian karyerasını başa vurur
-
ABŞ milli kəşfiyyatının direktoru vəzifədən ayrılmazdan əvvəl səs-küylü təhqiqatları açıqlayacaq
-
"Neftçi" Premyer Liqada mövsümün son oyununa çıxır
-
Tramp danışıqlarda irəliləyiş əldə olunmasa, İrana qarşı əlavə zərbələr endirmək niyyətindədir
