“CineMastercard”da “Evdə qalmış 2” komediyasının qala gecəsi keçirilib
sizinxeber.az xəbər saytı

“CineMastercard”da “Evdə qalmış 2” komediyasının qala gecəsi keçirilib


“Gənclik Mall” TM-də yerləşən “CineMastercard” premium kinoteatrında romantik komediya janrında olan “Evdə qalmış 2” Azərbaycan filminin qala gecəsi baş tutub.

"Sizinxeber.az" xəbər verir ki, tədbirdə tanınmış şəxslər, ictimai xadimlər, jurnalistlər və blogerlər iştirak ediblər.

Filmin quruluşçu rejissoru və baş prodüseri Valeh Əhmədov, ssenari müəllifləri Valeh Əhmədov, Failə Nəbiyeva, Könül Ələsova, Türkan Mehtiyeva, quruluşçu operatoru isə Babək Pourfarddır.

Rollarda Azərbaycanın xalq artisti Həmidə Ömərova və Fatma Mahmudova, Əməkdar artist Sənubər İsgəndərli və Mehriban Xanlarova, Şəhriyar Əbilov, Kəmalə Piriyeva, Kənan Yusifov, Sanura Cəfərova, Nigar Alibek, Elçin Məmmədli, Rüstəm Rüstəmli iştirak edib.

Filmin məzmununa gəlincə, 5 ildir uşaqları olmayan Ruslanla Sevda “A bala, bir şey mirşey var?” sualından qaçmaq istəsələr də yoldan keçən hər kəs bu sualı onlara verir. Şahnisənin anası ona varlı ər axtarır. O, isə kasıb sevgilisi Vüsalla evdə qalmaqda davam edir. Asif və Təhminənin 3 qızı olsa da başqalarının sözünə görə “oğul payı” üçün gecə-gündüz çalışır. Onları birləşdirən isə həyatlarının romantik komediyaya çevrilməsidir.

Tədbirin təşkilində foto və video “Light in Black” kreativ şirkəti “Haus dizayn” şirkəti, və “Bonaqua” suları dəstək göstəriblər.

Oxşar xəbərlər

"Azərbaycan Atabəyləri" bədii-sənədli filminin qala gecəsi keçirilib - FOTO
“CineMastercard”da “Qapı” Azərbaycan filminin qala gecəsi keçirilib
Şuşa Teatrı yeni mövsümü “Molla Nəsrəddini tapın” tamaşasının premyerası ilə açacaq
Azərbaycanda ilk dəfə "Nəsimi" operası tamaşaya qoyulacaq
"CineMastercard"da Hoakin Feniks və Ledi Qaqa ilə "Joker: İki nəfərlik dəlilik" filmi nümayiş olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər