"CineMastercard"da Hoakin Feniks və Ledi Qaqa ilə "Joker: İki nəfərlik dəlilik" filmi nümayiş olunacaq
- 24-09-2024, 13:30
- Mədəniyyət / İncəsənət
- 0
- 1 959
“CineMastercard” premium kinoteatrında oktyabrın 3-dən DC Comics kainatının super cani haqqında trillerin davamı olan “Joker: İki nəfərlik dəlilik” filminin nümayişi başlayacaq.
"Report" xəbər verir ki, filmdə Joker və Harli Kvin əsas rollarını amerikalı aktyor, Oskar mükafatçısı Hoakin Feniks və müğənni Ledi Qaqa canlandırıblar. Filmdə həmçinin Zazi Bitz, Brendan Qlison, Cetrin Kiner, Ceykob Loflend və Qarri Louti də çəkilib.
Filmin rejissoru Todd Fillipsdir. Filmin dünya premyerası Venesiya Film Festivalında baş tutub. Müzikl tamaşaçılar tərəfindən 11 dəqiqəlik alqışlarla qarşılanıb.
"Joker"ə çevrildikdən və televiziyada canlı yayımda Mürrey Franklini öldürdükdən sonra Artur Flek Arkham psixiatriya xəstəxanasına yerləşdirilir və burada doktor Harlin Kvinzel ilə tanış olur. Onlar tezliklə bir-birlərinə dəlicəsinə aşiq olduqlarını anlayırlar.
İlin ən gözlənilən filmlərindən biri olan “Joker: İki nəfərlik dəlilik”in nümayişinə özəl “CineMastercard” kinoteatrının komandası “Light in Black” kreativ komandası ilə birgə unikal videoçarx hazırlayıb. Joker və Harli Kvin filmin süjetində mövcud olan xaos, dinamik və gərgin səhnələrin mühitini yaratdılar.
Tamaşaçıların “CineMastercard” kinoteatrlar şəbəkəsində ən çox gözlədiyi filmlərdən biri 3 dildə: rus, ingilis və türk dillərində nümayiş etdiriləcək. Həmçinin, “Joker: İki nəfərlik dəlilik” filmini ən son 4DX və ScreenX texnologiyaları ilə “CineMastercard” kinoteatrlarında izləmək olar.


alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />