Azərbaycan Rusiyada keçiriləcək "İnterviziya"da iştirak etməyəcək
sizinxeber.az xəbər saytı

Azərbaycan Rusiyada keçiriləcək "İnterviziya"da iştirak etməyəcək


Azərbaycan Rusiyada keçiriləcək "İnterviziya" müsabiqəsində iştirak etməyəcək.

“Report” xəbər verir ki, bu barədə tədbirin təşkilatçılarının sosial şəbəkələrdə yaydıqları məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, BƏƏ də mahnı müsabiqəsində iştirak etməyəcək. Səbəb kimi daxili vəziyyət və hazırlıq üçün vaxt çatışmazlığı göstərilir.

Öz növbəsində, Rusiya Xarici İşlər Nazirliyi (XİN) "İnterviziya"da iştirak edəcək ölkələrin siyahısını dərc edib.

Bu gün keçirilən mətbuat konfransında Rusiya XİN-in Çoxtərəfli Humanitar Əməkdaşlıq və Mədəni Əlaqələr Departamentinin direktoru Aleksandr Alimov tədbirdə 21 ölkənin iştirak edəcəyini bildirib.

"Təəssüf ki, dəvət etdiyimiz bütün ölkələrin heç də hamısı siyahımızda yer almayıb", - o qeyd edib.

Oxşar xəbərlər

Azərbaycan "İnterviziya" beynəlxalq müsabiqəsində iştirak edəcək
Ararat Mirzoyan MDB XİN Şurasının iclasında iştirak etməyəcək
Gürcüstan İstanbulda keçiriləcək “3+3” platformasının iclasında iştirak etməyəcək
Azərbaycan parlamentinin nümayəndə heyəti Moskvada keçiriləcək iclasda iştirak etməyəcək
Prezident o toplantıda iştirak etməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle