BBC: Aktyor Rey Bruks vəfat edib
sizinxeber.az xəbər saytı

BBC: Aktyor Rey Bruks vəfat edib


1960-1980-ci illərdə Britaniya televiziya proqramlarında iştirakı ilə məşhurlaşan ingilis aktyor Rey Bruks 86 yaşında vəfat edib.

"Sizinxeber.az"un xəbərinə görə, bu barədə sənətçinin ailə üzvlərinə istinadən BBC məlumat yayıb.

Onların sözlərinə görə, Bruks avqustun 9-da qısamüddətli xəstəlikdən dünyasını dəyişib. Onun son bir neçə ildə demensiyadan əziyyət çəkdiyi bildirilir.

Aktyor İngiltərədə baş kişi rolunu oynadığı "Keti evə qayıt" (1966) dramından və "Cənab Benn" uşaq televiziya şousunda səslənən aktyorluqdan (1971-2005) sonra məşhurlaşıb. Bundan əlavə, Bruks "Böyük sövdələşmə" (1984-1986) və “Böyümə problemləri” (1992) teleseriallarında, eləcə də digər filmlərdə rol alıb.

Oxşar xəbərlər

Aktyor Azər Baxşəliyev vəfat edib
Məşhur aktyor vəfat edib
Məşhur aktyor və restler Halk Hoqan vəfat edib
İngiltərəli məşhur aktyor vəfat edib
Azər Baxşəliyev VƏFAT ETDİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle