Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
sizinxeber.az xəbər saytı

Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir


Milli Məclisin sədri Sahibə Qafarova Aralıq Dənizi Parlament Assambleyasının Parlament Sədrlərinin 1-ci Sammitində iştirak etmək üçün Monteneqroda işgüzar səfərdədir.

"Report" xəbər verir ki, Tivat Beynəlxalq Hava Limanında spiker Sahibə Qafarovanı Azərbaycanın Monteneqrodakı səfiri Kamil Xasiyev və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova Monteneqronun Budva şəhərində keçiriləcək Aralıq Dənizi Parlament Assambleyasının Parlament Sədrlərinin 1-ci Sammitində iştirak edəcək.

Milli Məclisin sədrinin sammitdə çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.

Oxşar xəbərlər

Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə işgüzar səfərdədir
Sahibə Qafarova Türkiyədə işgüzar səfərdədir
Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə işgüzar səfərdədir - FOTOLENT
Sahibə Qafarova TÜRKPA-nın Şura iclasında iştirak etmək üçün Qazaxıstanda səfərdədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər