Sahibə Qafarova TÜRKPA-nın Şura iclasında iştirak etmək üçün Qazaxıstanda səfərdədir
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Şura və 14-cü plenar iclaslarında iştirak etmək üçün iyunun 11-də Qazaxıstanın Astana şəhərinə işgüzar səfərə gəlib.
"Report" xəbər verir ki, Astana şəhərinin Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanında spiker Sahibə Qafarovanı Qazaxıstan Parlamenti Məclisinin sədr müavini Albert Rau, Məclisin Beynəlxalq, təhlükəsizlik və müdafiə məsələləri üzrə katibi Aydos Sarım, Məclisin Qanunvericilik və məhkəmə-hüquq islahatları katibi Məhərrəm Məhərrəmov, Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov, TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Milli Məclisin spikeri, TÜRKPA-nın fəaliyyətdə olan sədri Sahibə Qafarovanın TÜRKPA-nın Şura və plenar iclaslarında çıxışı, tədbirdə iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri və Qazaxıstanın dövlət rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub.
Oxşar xəbərlər
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib
Milli Məclisin sədri Rusiyaya səfər edib - FOTO
Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir
Sahibə Qafarova Özbəkistana səfər edib
Sahibə Qafarova İspaniyada rəsmi səfərdədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












