Kreml "Instagram", "Facebook" və "YouTube"nin nə vaxt blokdan çıxarılacağına aydınlıq gətirib
Kreml "Instagram", "Facebook" və "YouTube" sosial şəbəkələrinin Rusiyada nə vaxt blokdan çıxarılacağına aydınlıq gətirib.
Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov adıçəkilən sosial şəbəkələrin ölkə ərazisində blokdan çıxarılması üçün onların Rusiya Federasiyası qanunlarına əməl etməsinin lazım olduğunu bildirib.
Sosial şəbəkələrin bloklanmadan çıxarılması üçün əsas şərt
Onun sözlərinə görə, Rusiyada “Facebook” və “Instagram”a qoyulan qadağa Moskva və Vaşinqton arasında etibarla bağlı deyil, şirkətlər Rusiya qanunlarına əməl etməlidirlər.
Peskov bunun Rusiya Federasiyasının qanunlarının icrası ilə bağlı olduğunu qeyd edib. O vurğulayıb ki, Rusiya qanunvericiliyinə riayət etmək tələbi “YouTube”a da aiddir: “Amerikalılara nə qədər inamımız olsa da, bu, heç kimi Rusiya qanunlarına əməl etməkdən azad etməyəcək".
Qadağanın səbəbləri və hüquqi əsasları
Qeyd edək ki, Meta korporasiyasına məxsus olan “Facebook” və “Instagram” Rusiya Federasiyasında ekstremist kimi tanınıb və qadağan olunub. "YouTube" isə ötən ilin avqustundan bloklanıb.
Oxşar xəbərlər
Peskov: Kreml Pavel Durovun neçə vətəndaşlığa malik olduğunu bilmir
Kreml: Rusiya Nəsrullahın öldürülməsini və Livana zərbələri pisləyir
Kreml Suriyadakı Rusiya hərbçilərinin sayını açıqlamayıb
Kreml: Moskva “Oreşnik” ballistik raketinin buraxılmasına 30 dəqiqə qalmış ABŞ-yə bildiriş göndərib
Kreml Rusiya ordusunun şəxsi heyətinin sayının artırılmasına aydınlıq gətirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













