MM Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası: Anti-Azərbaycan kampaniyasına 300-dən çox hesab cəlb edilib
“Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası öz səlahiyyətləri çərçivəsində dövlətimizin xarici təhlükələrdən qorunması, bütövlüyü və təhlükəsizliyi ilə bağlı, o cümlədən Azərbaycan xalqının birliyinə və milli-mənəvi dəyərlərinə təhdid yarada biləcək məkrli fəaliyyətlərə dair təhlillər aparır, onların ifşası və qarşısının alınması istiqamətində tövsiyələrini hazırlayır”.
APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının bəyanatında bildirilib.
“Komissiyanın apardığı monitorinqlər zamanı əsasən qonşu dövlətin ərazisindən sosial media platformaları üzərindən aparılan dezinformasiya və informasiya əməliyyatlarının məqsədi və xüsusiyyətləri tədqiq edilmiş, anti-Azərbaycan kampaniyasında sistemli və mütəşəkkil qaydada iştirak edən şəbəkə müəyyən olunmuşdur.
Kampaniyaya 300-dən çox hesab cəlb edilmişdir ki, onların da 124-ü “Facebook”-da, 67-si “Instagram”-da, 67-si “Telegram”-da, 32-si “YouTube”-da, 10-u “X”-də və digər sosial media platformalarında fəaliyyət göstərirlər.
Araşdırmalar zamanı vətəndaşlarımız arasında nifaq salmağa, qütbləşmə yaratmağa, dövlətin konstitusion quruluşunun dəyişdirilməsinə və dövlət institutlarına qarşı inamsızlıq formalaşdırmağa yönəlmiş zərərli və radikal dini-ideoloji təbliğatın əlaqələndirilmiş şəkildə aparıldığı aşkarlanmışdır.
Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya vətəndaşlarımızı yalan və saxta məlumatlara inanmamağa çağırır. Monitorinqin nəticələri ilə bağlı hesabat müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti dövlət qurumlarına təqdim ediləcəkdir”, - bəyanatda vurğulanıb.
Oxşar xəbərlər
MM-in Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası vətəndaşları saxta məlumatlara inanmamağa çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası yaradılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Parlamentdə Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya yaradılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası yaradılıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Spiker: Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın fəaliyyəti preventiv xarakter daşıyacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












